Bin Laden “bir nömrəli terrorçu” statusunu itirdi
10 fevral 2011 10:48 (UTC +04:00)

Bin Laden “bir nömrəli terrorçu” statusunu itirdi

Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Milli Antiterror Mərkəzinin rəhbəri Maykl Leyter Konqresdə çıxışı zamanı bəyan edib.

Maykl Leyter deyib ki, Üsamə bin Ladenin rəhbərlik etdiyi və əsas bazaları Pakistanda yerləşən “əl-Qaidə” şəbəkəsi son zamanlar ABŞ ordusunun hücumları nəticəsində zəifləyib və son 10 ildə ən zəif duruma düşüb. Onun sözlərinə görə, Ənvər əl-Avlaki və Yəməndə onun rəhbərlik etdiyi “əl-Qaidə” şəbəkəsi xüsusilə təhlükəlidir. Ənvər əl-Avlakinin rəhbərlik etdiyi bu şəbəkə ABŞ ərazisində yaşayan insanları da öz tərəflərinə çəkməyi bacarır: “Ənvər əl-Avlakinin uğurları bizim işimizi də çətinləşdirir. Yəmən terrorçularının lideri ingilis dilini də yaxşı bilir və internetdən öz ideyalarını təbliğ etmək üçün yararlanır. O, ABŞ-da yaşayanlarla birbaşa özü danışır”.

Qeyd edək ki, fevralın 9-da ABŞ vətəndaşı Patrik Boyd terrorçulara kömək etmək məqsədi ilə terror aktı törətməyə hazırlaşdığını etiraf edib. İstintaq onun ABŞ-dakı Yəmən terrorçularının şəbəkəsinin lideri hesab edir. Ümumiyyətlə, 2009-cu ilin əvvəlindən indiyə qədər ABŞ-da 60-dan çox insan terror aktı törətmək və terror aktına hazırlaşmaq maddələri ilə mühakimə olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar