Azərbaycanlı biznesmenin yükləri Yekaterinburqu qarışdırdı
10 fevral 2011 10:29 (UTC +04:00)

Azərbaycanlı biznesmenin yükləri Yekaterinburqu qarışdırdı

Fevralın 9-da saat 19:20 radələrində Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində “Qrinviç” ticarət mərkəzinə partlayıcı qurğu yerləşdirilməsi barədə Sverdlovsk Daxili İşlər İdarəsinə zəng daxil olub. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, həmin şəxs milisə bildirib ki, ticarət mərkəzinin 1-ci mərtəbəsinə 20 qutuda partlayıcı maddə var.

Təcili olaraq ticarət mərkəzindəki satıcı və alıcılar, ümumilikdə 1,5 min nəfər evakuasiya edilib. “Qrinviç” ətrafında 30 metrlik təhlükəsizlik zonası yaradılıb. Vidokameralardakı görüntülər izlənərək qutuların kimə məxsus olduğu müəyyənləşdirilib. Milis qutuların sahibi olan 37 yaşlı Azərbaycan əsilli biznesmenə zəng açıb və hadisə yerinə gəlməyi xahiş edib. Biznesmen bildirib ki, qutularda qadın paltarları var və o, qutuları işçisinə tapşırıb. İşçisi isə hansısa səbəbdən qutuları nəzarətsiz qoyub. 2 saat sonra milis həyəcan siqnalına son verib və ticarət mərkəzi yenidən alıcılar üçün açılıb.

Bir müddət sonra milisə yalan məlumat verən şəxsi saxlayıb. Həmin şəxsi içkili olub. O, milisə zəng açdığını təsdiqləyib, ancaq ticarət mərkəzinə bomba qoyulması barədə danışıb-danışmadığını xatırlamayıb...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671

Oxşar yazılar