Misirdən ölüm xəbərləri gəlir
Fevralın 9-da Misir polisinin Vadi əl-Cədid şəhərində polisin açdığı atəş nəticəsində 5 aksiya iştirakçısı həyatını itirib.
Lent.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, paytaxt Qahirədə də vəziyyət gərginləşməkdədir.
Prezident Hüsnü Mübarəkin istefasını tələb edən on minlərlə insan parlament və hökumət binasını mühasirəyə alıb. Aksiya iştirakçıları Hüsnü Mübarəkin dərhal istefa verməsini tələb edirlər.
Bu arada Misirin xarici işlər naziri Əhməd Abul-Qeyt ABŞ-ı tənqid edib. O deyib ki, Vaşinqtonun müxalifətin davranışlarına reaksiyası və Misirdə fövqəladə vəziyyət rejiminin ləğv edilməsi ilə bağlı təkidi qəbul edilə bilməz. ABŞ-ı Misirin daxili işlərinə qarışmaqda günahlandıran xarici işlər naziri bildirib ki, kütləvi iğtişaşlar zamanı həbsxanalardan 20 minə qədər məhbus qaçdığı üçün fövqəladə vəziyyət rejiminin ləğvi mümkün deyil.
Ağ Ev isə bəyan edib ki, Barak Obama administrasiyası Misirlə danışıqalrı bu ölkənin daxili işlərinə qarışmaq hesab etmir.

541