Teploxod batdı: 4 dənizçi ölüb, 7-si itkin düşüb
09 fevral 2011 16:52 (UTC +04:00)

Teploxod batdı: 4 dənizçi ölüb, 7-si itkin düşüb

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, faciə Ulsan limanından 16 mil uzaqlıqda baş verib. Rusiya vətəndaşı olan 4 dənizçi ölüb, 7 dənizçi itkin düşüb. Yalnız 1 dənizçini xilas etmək mümkün olub. Cənubi Koreyanın Sahil Mühafizə Xidməti teploxodun başqa bir gəmi ilə toqquşduqdan sonra batdığını güman edir. Xilasetmə işlərinə vertolyot və bir neçə patrul kateri cəlb olunub.

“Aleksandr” teploxodunun 1500 ton yükgötürmə qabiliyyəti olub. Teploxod Pnompen limanında qeydiyyatda olub, Yaponiyadan Çinə yük daşıyıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628

Oxşar yazılar