Avropada 1,3 milyon insan xərçəngdən öləcək
Lent.az-ın “Annals of Oncology” jurnalına istinadən verdiyi məlumata görə, universitetin professoru Karlo La Vecchianın rəhbərlik etdiyi qrup Avropa Birliyinə üzv ölkələrdə xərçəng xəstəliyindən ölüm səviyyəsini araşdırıb. Araşdırma zamanı məlum olub ki, 2007-ci ildə Avropada 1 milyon 256 min nəfər xərçəng xəstəliyindən dünyasını itirib. 2011-ci ildə isə Avropada 1 milyon 281 min 466 nəfər xərçəngin qurbanı olacaq. Əgər 2007-ci ildə hər 100 min kişidən 153,8 nəfəri xərçəngin qurbanı olubsa, hazırda bu göstərici 142,8 nəfərə düşüb. Qadınlarda isə bu göstərici müvafiq olaraq 90,7 nəfərdən 85,3 nəfərə qədər azalıb.
Məlum olub ki, İngiltərə istisna olmaqla, Avropa Birliyi ölkələrində ağciyər xərçəngindən daha çox qadın ölür. Lakin qadınlarda döş xərçəngindən ölmə halları ötən illər ərzində azalır. Eyni zamanda kişilərdə də ağciyər və prostat xərçəngindən ölmə göstəriciləri aşağı düşür.
Alimləri qorxudan da İngiltərə istisna olmaqla, Avropa Birliyi ölkələrində ağciyər xərçəngindən ölənlərin sayının sürətlə artmasıdır. Professor deyib ki, bu il Avropanın qərbində xərçəng xəstəliyindən ölüm səviyyəsi azalacaq, lakin əhalisinin əksəriyyətini gənclər təşkil edən Orta və Şərqi Avropada xərçəngdən ölənlərin sayı artacaq. Alim bu tendensiyanın gələcəkdə də davam edəcəyi qənaətindədir.

700