Böyük köç başlayıb
Güclü leysan yağışları bu dəfə də Malayziya və Şri-Lankanı vurub. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Malayziyada 50 min nəfər evakuasiya edilib, musson mövsümünü yaşayan Şri-Lankada isə 450 min ailəyə sel zərər vurub.
Aylardır yağışların davam etdiyi Şri-Lankada ölənlərin sayı 40-ı keçib. 15 min ev seldən zərər görüb, 300 mindən çox insan düşərgələrdə yaşayır.
Asiya İnkişaf Bankı bölgənin iqlim dəyişikliyindən qaynaqlanan böyük bir köç təhdidi ilə qarşı-qarşıya olduğunu bildirib. Məlumatlara görə, yalnız 2010-cu ildə Malayziya, Çin və Şri-Lanka kimi ölkələrdə milyonlarla insan uzun və ya qısa müddətə yer dəyişdirmək məcburiyyətində qalıb. İqlim dəyişikliyi davam edəcəyi təqdirdə köç dalğasının genişlənəcəyi proqnozlaşdırılır.

545