Obama siqaretin daşını atıb
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə ABŞ prezidentinin xanımı Mişel Obama söyləyib. Mişel Obama deyib ki, artıq həyat yoldaşı 1 ildir, siqaret çəkmir və o, bununla qürur duyur: “Çox siqaret çəkməzdi, onu siqaret çəkərkən də görmədim. Siqareti buraxması üçün də təkid etmədim”.
Qeyd edək ki, bundan əvvəl Ağ Evin mətbuat katibi Robert Gibbs Barak Obamanın 10 aydan çoxdur, siqaret çəkmədiyini söyləmişdi. ABŞ prezidentinə siqareti buraxmağı onun şəxsi həkimi tövsiyə edib.
Qeyd edək ki, bundan əvvəl Ağ Evin mətbuat katibi Robert Gibbs Barak Obamanın 10 aydan çoxdur, siqaret çəkmədiyini söyləmişdi. ABŞ prezidentinə siqareti buraxmağı onun şəxsi həkimi tövsiyə edib.
445