“Müsəlman Qardaşları” Mübarəkə bir həftə vaxt verdi
Lent.az-ın “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, bunu “Müsəlman Qardaşları” Hərəkatının rəhbərlərindən biri olan Essam əl-Erian söyləyib.
Essam əl-Erian deyib ki, Hüsnü Mübarəkin ətrafı ilə kompromisə gəlmək mümkün deyil: “Onlar rejimin simvollarıdır, hazırda öz işləri ilə məşğuldurlar. Hüsnü Mübarəkin ətrafına vaxt lazımdır. Biz onlara bir həftə şans veririk”.
Essam əl-Erian onu da bildirib ki, əgər Hüsnü Mübarək istefa verərsə, “Müsəlman Qardaşları” Hərəkatı təkbaşına hakimiyyətə yiyələnməsinə cəhd göstərməyəcək. Onun sözlərinə görə, “Müsəlman Qardaşları” Hərəkatı geniş parlament koalisiyası qurmağa çalışacaq: “Biz, dinc təşkilatıq, Konstitusiya və qanunlar çərçivəsində hərəkət edəcəyik”.
Lakin dünən vitse-prezident Ömər Süleyman bəyan edib ki, Hüsnü Mübarəkin könüllü istefasından söz gedə bilməz, vəziyyətdən dialoq yolu ilə çıxılmalıdır. O, digər metodların dövlət çevrilişi kimi qiymətləndiriləcəyini bəyan edib.

635