“Ginnesin Rekordlar Kitabı”nın yeni rekordmeni Engels oldu
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, belçikalı Stefan Engels 365 gün ərzində hər gün 40 kilometrdən çox qaçıb. Barselonadan start götürən belçikalı ümumilikdə 15 min 401,175 kilometr qaçıb və “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Bundan əvvəl uzaq məsafəyə qaçış üzrə rekord yaponiyalı Akinori Kusula məxsus olub. O, 2 il ərzində 52 marafon məsafəsi qaçıb.
Bundan əvvəl uzaq məsafəyə qaçış üzrə rekord yaponiyalı Akinori Kusula məxsus olub. O, 2 il ərzində 52 marafon məsafəsi qaçıb.
1065