“Hizbullah”ın 2 killeri azadlığa çıxdı
Türkiyədə “Hizbullah” terror təşkilatının üzvü olan və bu təşkilatın sifarişi ilə qətllər törətməkdə günahkar sayılan Aydın Tamaç və Abdullah Yalçın azadlığa buraxılıblar.
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, hər iki şəxs Cinayət Məcəlləsinə əlavə edilən, 10 il ərzində məhkəmə prosesi yekunlaşdırılaraq haqlarında hökm oxunmamış şəxslərin şərti azadlığa buraxılmasını nəzərdə tutan 102-ci maddədən yararlanıblar.
Törətdikləri əməllərlə bağlı ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyən Aydın Tamaç və Abdulah Yalçın haqlarında məhkəmə hökmü çıxana qədər azadlıqda olacaqlar. Ancaq onların hər gün yaşadıqları ərazidəki polis şöbəsinə gələrək imza atmalıdırlar.
Qeyd edək ki, bundan əvvəl azadlığa buraxılan “Hizbullah” liderləri Türkiyədən qaçıblar.

828