Doku Umarov “Domodedovo” terrorunun məsuliyyətini üzərinə götürdü
İki həftə əvvəl Moskvanın “Domodedovo” aeroportunda baş verən terror aktına görə məsuliyyəti çeçen döyüşçülərinin liderlərindən olan Doku Umarov öz üzərinə götürüb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Doku Umarov çeçen üsyançılara aid bir internet saytında yayımlanan videoçarxda “Domodedovo” hava limanında törədilən, 36 nəfərin ölümü, 180 nəfərin yaralanması ilə nəticələnən partlayış üçün əmri özünün verdiyini söyləyib.
Çeçen lider Moskva Şimali Qafqazdan çəkilənə qədər bu cür hücumların davam edəcəyini bildirib.
Çeçen lider Moskva Şimali Qafqazdan çəkilənə qədər bu cür hücumların davam edəcəyini bildirib.
497