Hüsnü Mübarək qanlı olayların araşdırılması üçün komissiya yaradır
Misir prezidenti Hüsnü Mübarək Qahirənin Təhrir meydanında baş verən və 11 nəfərin ölümünə səbəb olan qarşıdurmanın araşdırılması üçün müstəqil komissiyanın yaradılması barədə tapşırıq verib. Lent.az-ın “MEHA” agentliyinə istinadən verdiyi məlumata görə, Hüsnü Mübarək deyib ki, komissiya Misir cəmiyyətində ləyaqəti və hörməti ilə seçilən insanlardan təşkil edilməlidir.
Misir prezidenti komissiyanı Təhrir meydanında aksiya keçirən insanlara hücum çəkilməklə yol verilmiş qəbuledilməz davranış faktını araşdırmağa çağırıb.
Qeyd edək ki, ötən həftənin çərşənbə axşamı Hüsnü Mübarək tərəfdarları Təhrir meydanında prezidentin istefasını tələb edən aksiyaçılara hücum çəkiblər. Nəticədə şəhərin mərkəzində bir neçə saat davam edən qarşıdurma başlayıb.
Hüsnü Mübarək hakimiyyət və müxalifət nümayəndələri arasında danışıqların növbəti raundundan sonra iki komissiyanın formalaşdırılmasını da bəyənib. Tərəflər Konstitusiyaya dəyişikliklərlə bağlı layihə hazırlamaq üçün müstəqil ekspert komissiyasının yaradılmasını dəstəkləyiblər. İkinci komissiya isə tərəflər arasında aparılan dialoq gedişində əldə olunan razılaşmaların yerinə yetirilməsinə nəzarət edəcək.

476