100 min köpək balığı... – FOTO
Lent.az-ın “Daily Mail”ə istinadən verdiyi məlumata görə, eyni zamanda peşəkar balıqçı və dəniz balıqçılıq sənayesi üzrə ekspert olan İrvin köpək balıqlarını bazar günü öz vertolyotunda dəniz üzərində uçan zaman görüb.
50 yaşlı pilot dərhal smartfonunu götürərək dəniz yırtıcılarını çəkməyə başlayıb. Yırtıcılar 32 kilometr uzunluğunda ərazidə toplaşıblarmış.
Spinner növündən (uzunluğu 2 metrə kimi çatır) olan köpək balıqları şimala doğru üz tutaraq, Fort Layderdeylin şərq çimərliyi ilə Yupiter adası arasında hərəkət edirlərmiş. Bu zaman dənizdə çimənlərin ətrafında üzən ayrı-ayrı qruplar da müşahidə edilib. Amma insanların onları gözləyən təhlükədən xəbərləri olmayıb. Xoşbəxtlikdən, köpək balıqları insanlara hücum etməyib.
Ekspertlər bildirirlər ki, köpək balıqları daha isti sulara doğru miqrasiya edən zaman, adətən sahilə yaxınlıqda üzürlər və ov izləyirlər. Buna baxmayaraq, Fort Pirsin dəniz xidmətinə rəhbərlik edən Stiv İrvin onların sayından heyrətə gəlib: “Bu, ağlagəlməz mənzərə idi. Mən bu ərazidə balıqçılıq edirəm və baydarkada üzürəm. Onları bu vaxtlar tez-tez görürəm. Amma məni onların sayı heyrətə gətirdi. Mən onların ardınca 30 kilometr uçdum. Onların isə ardı-arası kəsilmirdi. 100 mindən çox idi. Adətən onlar ov üçün bir yerə toplanırlar. Amma bir şey maraqlıdır: mən ətrafda balıq görmədim...”

Oxşar yazılar

Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09
Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu öldü
13 iyul 2025 , 14:43
İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04