Sabiq müdafiə naziri özünü öldürdü
08 fevral 2011 11:07 (UTC +04:00)

Sabiq müdafiə naziri özünü öldürdü

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, sabiq nazir anasının məzarını ziyarət edəndən sonra qəbiristanlıqda özünü güllələyib. Filippinin yerli radiolarından birinin məlumatına əsasən, Reyes qəbiristanlığa ailəsi ilə birlikdə gedib. Uşaqlarını maşına göndərdikdən sonra isə güllə səsi eşidilib.

Qeyd edək ki, Ancelo Reyes 2001-2003-cü illərdə Filippinin müdafiə naziri olub. Lakin daha sonra ona qarşı korrupsiya maddəsi ilə ittiham irəli sürülüb və vəzifəsindən kənarlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar