Manyaka 49-cu qətllə bağlı ittiham irəli sürüldü
08 fevral 2011 10:52 (UTC +04:00)

Manyaka 49-cu qətllə bağlı ittiham irəli sürüldü

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Ridjuey məhkəmə qarşısına fevralın 18-də çıxarılacaq.

Qatil 2001-ci ildə həbs olunub. Ona, ötən əsrin 80-90-cı illərində törətdiyi 48 qətllə bağlı ittiham irəli sürülüb. Ridjuey ancaq qadınları öldürürmüş.

Amerika məhkəməsi ilə əldə edilən razılaşma əsasında Ridjuey törətdiyi cinayətləri etiraf edib və 2003-cü ildə onun barəsində vaxtından əvvəl həbsdən buraxılma hüququ verilmədən ömürlük həbs cəzası kəsilib.

Manyak “Qran-Riverdən olan qatil” ləqəbi alıb. Çünki onun qurbanlarının bir neçəsinin cəsədi Vaşinqton ştatındakı eyni adlı çayın yaxınlığında tapılıb.

49-cu qətllə bağlı ittiham ötən ilin dekabrında isə Sietldə qadın kəlləsi tapılandan sonra irəli sürülüb. Onun 20 yaşlı Rebekka Marreroya məxsus olduğu bildirilir. 3 yaşlı qızı qalan Rebekkanı sonuncu dəfə 1982-ci ilin dekabrında görüblər.

Qeyd edək ki, Ridjueyin məhkəmə qarşısına çıxarılacağı 18 fevralda 62 yaşı tamam olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 445

Oxşar yazılar