Divana çəkilən, haqlı çıxıb hakimiyyətə gələn Şeyx qızı - HEKAYƏT
Şeyx Hasina Vazed Banqladeşli siyasətçi və bu ölkənin hazırkı Baş naziridir! (Sheikh Hasina Wazed)
1981-ci ildən bəri Banqladeşin əsas siyasi partiyalarından biri olan Avami Liqasının prezidentidir!
Şeyx Hasinanın partiyası 2008-ci il seçkilərində Banqladeş Milli Partiyası (BMP) Alyansına qalib gəlmiş və o, yenidən ölkənin Baş naziri olmuşdur!
Film kimi bir həyat...
Şeyx Hasina Vazid Banqladeşin qurucusu və ilk prezidenti Şeyx Mucibur Rəhmanın beş övladından ən böyüyüdür. 1947-ci il sentyabrın 27-də anadan olub. O, 1968-ci ildə dünyaca ünlü nüvə alimi Vazeh Miahla ailə həyatı qurmuşdu. Vazeh Miah 9 may 2009-cu ildə vəfat edib. Onların iki övladı var – Sacib Vazed Coy və Saima Vazed Hüseyn Putul. Onların hər ikisi ABŞ-da yaşayır.
***
Şeyx Hasina Vazidin siyasi karyerası Elden Universitetində çalışqan tələbə kimi fəaliyyəti ilə başlamışdır. 1966-67-ci illər ərzində o, Universitet Tələbələr Birliyinin prezidenti olmuşdur. Onun rəqibi isə daha sonralar Avami Liqasına qoşulan və Şeyx Hasinanın kabinet üzvü olan Motiya Çovdhuri olmuşdur.
Hasina Dəkkə Universitetində Avami Liqasının bir qolu olan Çatra Liqasının üzvü idi. Azadlıq müharibəsi dövründə (1971-ci ildə) gənc ana olan Hasina anası, qardaşları və bacısı ilə birlikdə ev dustağına çevrilmişdi. Bu dövrdə Şeyx Rəhman Qərbi Pakistanda həbsdə idi.
***
Onun siyasi və şəxsi taleyi 1975-ci il avqustun 15-də anası və üç qardaşının qətlə yetirilməsindən sonra dəyişdi. Bu dövrdə o, bacısı Şeyx Rəna ilə birlikdə Qərbi Almaniyada xoşməramlı səfərdə idi. Hasina bundan sonra Birləşmiş Krallıqda, sonra isə Hindistanda mühacirətdə oldu və ancaq 1981-ci il mayın 17-də Banqladeşə qayıtmağa icazə ala bildi.
Hindistanda mühacirətdə olarkən Şeyx Hasina Banqladeş Avami Liqasının prezidenti seçildi. Ölkəsinə qayıtdıqdan sonra bir neçə dəfə həbsdə oldu. Onun partiyası Xalidə Ziyanın BMP-si ilə birlikdə hərbi idarəçiliyə qarşı mübarizədə əsas rol oynayırdı. 1984-cü ilin fevralında və noyabrında o, yenidən ev dustağı oldu. 1985-ci ilim martında o, üç aylıq ev dustağına çevrildi. 1990-cı ildə Hasinanın partiyası digər 8 partiya ilə aylansa qoşularaq Erşad rejimini ləğv etdi.
Xanım Şeyx müxalifət lideri kimi
Avami Liqası 1986-cı ilin parlament seçkilərində Hasinanın başçılığı altında iştirak etmişdir. Hasina 1986-1987-ci illərdə müxalifət lideri kimi ön planda olur.
Uzunmüddətli hərbi rejimindən sonra 1991-ci ildə keçirilmiş ilk demokratik seçkilərdə Banqladeş Milli Partiyası qalib gəldi və Hasinanın Avami Liqası ən böyük müxalifət partiyası oldu. BMP-dan olan Xalidə Ziya isə Banqladeşin ilk qadın baş naziri oldu.
1994-cü ildə keçirilən ikinci seçkilərdə sonra Banqladeşdə siyasət özünəməxsus yeni çalarlar qazanmağa başladı. Həmin seçkilər zamanı Hasinanın partiyasının bir üzvünün ölməsi nəticəsində Avami Liqası həmin yeri BMP-yə verməli oldu. Müxalifət partiyaları, o cümlədən Avami Liqası bu seçkilərdə BMP-nin fırıldaq etdiyini iddia edərək, seçkilərin yenidən təşkil olunmasını tələb etsə də, Xalidə Ziya bu tələblərə cavab vermədi.
Müxalifət liderləri bunun əleyhinə etiraz aksiyaları keçirdilər. Hökumət isə onları iqtisadiyyata ziyan vurmaqda günahlandırdı. Uzun müddət parlamentdə iştirak etmədiklərinə görə 1995-ci il seçkilərində Avami Liqasından olan bir çox nümayəndə öz yerini itirdi. Parlamentdə yerlərin demək olar ki, hamısı BMP tərəfindən tutuldu. Hasina buna etiraz edərək seçkilərdə yenə fırıldaq edildiyini iddia etdi və 1 il sonra, 1996-cı il iyunun 30-da hakim Habibur Rəhmanın başçılığı altında yenidən seçkilər keçirildi.
Şeyx Hasina Baş nazir olur
1996-cı il seçkilərində Avami Liqası 146 yer qazandı. Catiya Partiyası və daha bir neçə müstəqil deputatdan gələn dəstəklə onların tutduğu yerlərin sayı 150-yə çatdı ki, bu da çoxluq təşkil etmək üçün kifayət idi. Hasina Banqladeşin Baş naziri vəzifəsinə seçildi. O, Milli Birlik hökuməti yaradacağına söz verdi. BMP-dən bəzi şəxslər bu hökumətə qoşulsa da, yenə də iki əsas partiya arasındakı məsafə qalmaqda idi. Hasinanın Hakim Şəhabuddin Ahmedi prezident postuna gətirməsi onun müxalifətə olan münasibətində xoş məramın olmasından xəbər verirdi.
Yeni hökumətin ən böyük nailiyyəti Hindistanla Banqladeş arasında Fərrakə su anbarı ilə bağlı razılığın əldə edilməsi oldu. Müqaviləyə görə, Banqladeş bu anbardan saniyədə 930 m³ su ala bilirdi. Daha sonra Banqladeş daxilində problemlərin həll edilməsi üçün ölkənin güneyində, dağlarda fəaliyyət göstərən üsyançı qruplaşmalarla müqavilə imzaladı. Müqavilədən sonra yenə güney dağları Banqladeşin ən təhlükəli ərazisi olaraq qalsa da, gərginlik nisbətən azalmışdır.
Şeyx Hasinanın hakimiyyətinin sonuncu ilində “Transperensi İnternəşl” Banqladeş hökumətini dünyanın ən çox korrupsiyaya uğramış hökuməti elan etdi. Öncəki illərdə Banqladeşin ilk beşlikdə olmasına baxmayaraq, sonuncu açıqlama ölkədə çaxnaşmaya səbəb oldu və Hasina hökumətinin uğursuzluğundan xəbər verdi. Müxalifət Hasinanın istefaya getməsini və seçkilər elan edilməsini tələb etdi, ancaq Hasina buna etiraz etdi. Bununla da o, Banqladeş tarixində hakimiyyətdə sona qədər qalan ilk Baş nazir oldu.
2001-ci il seçkilərində Avami Liqası məğlubiyyətlə razılaşmalı oldu. Onlar parlamentdə yerlərin ancaq 62-ni tuta bildilər, BMP-nin alyansı isə 200-dən çox yerə sahib oldu. Şeyx Hasina və Avami Liqası buna etiraz edərək, seçkilərin saxtalaşdırıldığını iddia etdi. Ancaq beynəlxalq ictimaiyyət seçkilərin nəticələrindən və BMP-nin hökuməti təşkil etməsindən razı qalınca, bu iddialar öz məzmununu itirmiş oldu...
Bu vaxtdan sonra Avami Liqası parlamentdə davamlı fəaliyyət göstərə bilmədi. Hasina hakim partiyanın müxalifətə kifayət qədər zaman vermədiyini iddia etdi. 2003-cü ilin sonlarında Avami Liqası özünün hökumət əleyhinə ilk hərəkatını başladaraq, 2004-cü ilin aprelindən öncə bu hökumətin süquta uğradılacağını elan etdi. Ancaq bu baş vermədi və partiyaya, həmçinin də Hasinanın özünə böyük zərbə vurdu.
İddialar: öncə Hasinadan, sonra Hasinaya qarşı...
Müxalifətdəki ikinci dönəm fəaliyyəti dövründə Hasina ona qarşı sui-qəsd cəhdləri və bir neçə partiya üzvünün qətli ilə üzləşməli oldu.
2007-ci ilin 22 yanvar seçkiləri ziddiyyətlə nəticələndi. Avami Liqası nəzarətçi hökumətin seçkilərin nəticələrini Ziyanın və BMP-nin xeyrinə həll edəcəyini iddia etdi. Hasina prezident İacuddin Əhmədin hakimiyyətdən getməsini tələb etdi və seçkilərin boykot ediləcəyini elan etdi. Ayın sonunda ölkədə fövqəladə vəziyyət elan olundu və həm Əhməd hakimiyyətdən getdi, həm də seçkilər təxirə salındı.
2007-ci il aprelin 9-da Banqladeş polisi Hasina əleyhinə soyğunçuluq cəhdləri üzrə təhqiqata başladı. 1998-ci ildə o, enerji zavodu tikmək istəyən sahibkardan rüşvət istəməkdə günahlandırılırdı. Polis rəsmilərinin açıqlamalarına görə, Faruq adlı sahibkar Hasinaya bu məsələylə bağlı 441 milyon ABŞ dolları ödəyib.
Aprelin 11-də o, yenə təqsirləndirildi – bu dəfə müxalif partiya tərəfdarlarından dördünün ölümünə şərait yaratdığına görə günahlandırıldı. Həmin vaxt o, Birləşmiş Ştatlarda idi.
Prezident administrasiyası onun ölkəyə qayıtmasının qarşısını almaq üçün aprelin 17-də hava yollarından onun Dəkkəyə qayıtmasına imkan verməməsini istədi. Aprelin 18-də hökumət Hasinanın ayın 23-nə planlaşdırılmış səfərinə qadağa qoyaraq, bu qayıdışın ölkədə qarışıqlığa səbəb olacağını bildirdi. Bu, hələ müvəqqəti tədbir idi. Həmin gün Hasina Dəkkəyə qayıtmaq üçün Londonda təyyarəyə minərkən onun qarşısı alındı. Hasina ona qarşı irəli sürülmüş iddiaların saxta olduğunu iddia edərək, özünü məhkəmədə müdafiə edəcəyini bildirdi. Aprelin 25-də onun ölkəyə girməsinə qadağa aradan qalxdı.
2007-ci il mayın 7-də Hasina Dəkkə hava limanında yerə endi və bura onu qarşılamaq üçün minlərlə insan axışdı. O, müxbirlərlə söhbətində, iqtidarın ona qarşı sərgilədiyi siyasətin böyük yanlış olduğunun, ancaq bu səhvin aradan qaldırılmasını da müsbət addım kimi qiymətləndirdiyini açıqladı.
***
2007-ci ilin iyulunda Hasina evində polis tərəfindən həbs olundu və Dəkkədə məhkəmə qarşısına çıxarıldı. O, soyğunçuluqda ittiham olundu və həbsxana binasına gətirildi. Avami Liqası bu arada yayımladığı açıqlamada həbsi “siyasi əsaslı həbs” kimi qiymətləndirdi.
İyulun 17-də antikorrupsiya komissiyası Hasinaya (o cümlədən ölkənin digər böyük partiyasının sədri Xalidə Ziyaya) bildiriş göndərək, bir həftə müddətində malik olduğu mülk və əmlak barədə məlumat tələb etdi.
İyulun 30-da Dəkkə məhkəməsi Şeyx Hasinanın soyğunçuluq faktı üzrə təşkil olunmuş məhkəməsini təxirə saldı və sübutlarla onun azad edilməsi əmrini verdi. Sentyabrın 2-də Antikorrupsiya Komitəsi Hasinanı rüşvət almaqda günahlandırdı (Bu, Ziyanın da eyni əsaslarla günahlandırılması gününə təsadüf edirdi).
2008-ci il yanvarın 13-də o, bacısı Şeyx Rəna və Şeyx Səlim soyğunçuluq faktları ilə bağlı məhkəməyə çıxarıldılar. Fevralın 6-da məhkəmə onun fövqəladə vəziyyət elan olunmayana qədər edilmiş cinayətə görə indiki qanunlarla mühakimə olunmasının qeyri-mümkünlüyünü irəli sürərək, davaya son qoydu. 2008-ci il, iyunun 11-də Hasina səhhəti ilə bağlı problemlərə görə azad edildi və eşitmə, görmə və arterial təzyiqdən müalicə olunması üçün ABŞ-a yola düşdü...
2008-ci il seçkiləri: vəd verdi, qalib gəldi!
2008-ci ilin noyabrında Hasina dekabrın 29-a planlaşdırılmış seçkilərdə partiyasına başçılıq etmək üçün Banqladeşə qayıtdı. Dekabrın 11-də Hasina mətbuat konfransında partiyasının seçki manifestini elan etdi.
Həmin manifestdə o 2021-ci ilə kimi “Rəqəmsal Banqladeş” yaradacağına söz verdi. ...Və Hasinanın Avami Liqası seçkilərdə nəzərəçarpacaq üstünlüklə qalib gəldi!
Hasinanın Partiyası parlament seçkilərində Xalidə Ziyanın lideri olduğu partiyaya qalib gəldi. Onun partiyası Pakistanda 1971-ci il seçkilərinə xas şəkildə qalib gəldi. Partiya parlamentdəki 299 yerdən 230-na sahib oldu!
2009-cu il yanvarın 6-da o, ikinci dəfə Baş nazir kimi and içdi. Qeyd edək ki, Prezident administrasiyası ilə müqayisədə daha aşağı mövqedə olsa da, Baş nazir postu Banqladeşdə ən güclü icraedici vəzifədir.
Begüm Ziya isə seçkilərin nəticələrinə etiraz edərək, kinayə ilə Mərkəzi Seçki Komissiyasına “parlament seçkilərini səhnələşdirməsinə görə” təşəkkür etdi. Ancaq xarici və yerli seçki müşahidəçiləri seçkiləri azad, ədalətli və düzgün hesab etdilər.
***
Baş nazir Şeyx Hasina Vazid Dünya Qadın Liderləri Şurasının üzvüdür. O, bu beynəlxalq şəbəkə çərçivəsində, qadınlar üçün vacib olan bir çox məsələlər üzərində kollektiv fəaliyyət aparmaq məqsədi ilə yüksək səviyyəli qadın liderləri səfərbərliyə almaq, məqsədəmüvafiq nəticələr qazanmaq sahəsində özünəməxsus rol oynamaqdadır. Eyni zamanda, Şeyx Hasina seçkilər ərəfəsində Banqladeşlilərə verdiyi sözü, ölkəni surətlə inkişaf etdirəcəyi ilə bağlı vədini yerinə yetirmək üçün yorulmadan çalışır və artıq bu istiqamətdə uğurlar da əldə edir. Banqladeş bölgənin böyük ölkələrindən və güclərindən biri olaraq getdikcə daha da inkişaf edir. Təzyiqlərə, əziyyətlərə, həbslərə baxmayaraq, geri çəkilməyən, prinsipləri və ideallarının arxasınca gedə bilən güclü QADIN BAŞ NAZİR ŞEYX HASİNANIN rəhbərliyi altında...

712