Pərviz Müşərrəf Bənəzir Bruttonun ölümündə şübhəli sayıldı
07 fevral 2011 16:39 (UTC +04:00)

Pərviz Müşərrəf Bənəzir Bruttonun ölümündə şübhəli sayıldı

Pakistanın Federal Təhqiqat Agentliyi ölkənin sabiq prezidenti Pərviz Müşərrəfin adını 2007-ci ildə öldürülən sabiq baş nazir, müxalifət lideri Bənəzir Bruttonun ölümündə günahlandırılan şəxslər siyahısına daxil edib. Lent.az-ın “dawnnews” saytına istinadən verdiyi məlumata görə, Pərviz Müşərrəfin adı bu siyahıya Ravalpind şəhərinin sabiq polis rəisi Saud Əzizin ifadəsindən sonra daxil edilib.

O, istintaqa ifadəsində bildirib ki, Bənəzir Bruttonun mühafizə rejimi Pərviz Müşərrəfin əmri ilə dəyişdirilib. Polis rəisi Bənəzir Bruttonun öldürüldüyü meydanın da hadisədən dərhal sonra Pərviz Müşərrəfin əmri ilə yuyulduğunu söyləyib. Meydanın yuyulması isə sui-qəsdlə bağlı aparılan istintaq üçün dəlillərin toplanmasını çətinləşdirib.

Qeyd edək ki, Pakistanın xahişi ilə BMT baş katibinin formalaşdırdığı komissiya 2007-ci ilin dekabrında Ravalpindi şəhərində Bənəzir Brutto və onunla bərbər 26 şəxsin ölümünə yol açan olayı araşdırıb. Komissiya Pərviz Müşərrəf hakimiyyətinin müxalifət liderinin yüksək səviyyədə mühafizəsini təşkil etməməkdə, onun ölüm şəraitini ətraflı araşdırmamaqda günahlandırıb. BMT ekspertləri bildiriblər ki, hakimiyyət və şəhər polisi müxalifət liderinə qarşı təhlükənin mövcud olduğunu bilsə də, sui-qəsdin qarşısını almaq üçün yetərincə tədbir görməyib.

Keçən ilin oktyabrında Pakistan Federal Təhqiqat Agentliyi Bənəzir Bruttoya qarşı sui-qəsdlə bağlı cinayət işinin istintaqını yekunlaşdırıb. Sui-qəsdin Pakistan “Taliban”ı tərəfindən təşkil edildiyi qənaətinə gəlinib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 713

Oxşar yazılar