11 yaşlı qız həbsxanada silahla tutuldu
Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, o, həbsxanaya 74 mobil telefon və tapança keçirtməyə cəhd edib.
Medelyindəki “Bellavista” həbsxanasının əməkdaşları qızcığazın üst paltarının “qeyri-adi bədən formasını” gizlətdiyini görən kimi, şübhələniblər. Sonradan məlum olub ki, yapışqanlı lentlə 11 yaşlı qızın bədəninə 74 mobil telefon və tapança bağlanılıbmış.
Qızcığaz bildirib ki, həbsxanaya yaxın qohumunu görmək üçün gəlib. Həmin şəxs qanunsuz silah saxlamaq üstündə həbs olunub.

536