Livanda həyat dayandı
27 dekabr 2010 18:00 (UTC +04:00)

Livanda həyat dayandı

Lent.az-ın Londonda ərəb dilində işıq üzü görən “Aş-Şark əl-Ausat” qəzetinə istinadən verdiyi məlumata görə, təhqiqat 6 il davam edib. Qəzet tribunaldakı mənbəyə istinadən yazıb ki, kanadalı hakim Daniel Balmer sui-qəsd nəticəsində həyatını itirən Rafik əl-Həririnin işinin tam araşdırıldığı qənaətindədir. İstintaqın gedişindən razı qalan Daniel Balmer bildirib ki, toplanan təkzibedilməz faktlar ona ittiham elan etmək üçün kifayətdir.


Qeyd edək ki, Rafik əl-Həririnin oğlu, Livanın hazırkı baş naziri Səəd əl-Həriri keçən həftə bəyan edib ki, atasının ölümü ilə bağlı istintaqın yekunlaşmasına çalışacaq. Hizbullah lideri Hasan Nəsrullah isə öz tərəfindən bildirib ki, əgər Rafik əl-Həririnin ölümündə “Hizbullah” üzvləri günahlandırılarsa, səbir etməyəcək.


Xatırladaq ki, Rafik əl-Həririnin ölümündə “Hizbullah”ın 6 üzvü əsas şübhəlilər sırasındadır. “Aş-Şark əl-Ausat” qəzeti yazıb ki, Rafik əl-Həririnin istintaqının başa çatması xəbəri Livanda həyatı faktiki dayandırıb. Hökumət fəaliyyətsizdir. İş adamları yeni müqavilələr bağlamaqdan qorxurlar. Hamı ittihamın elan olunması ilə ölkədə vətəndaş müharibəsinin başlayacağından ehtiyatlanır. Çünki “Hizbullah” bu gün də bəyan edib ki, əgər onun üzvlərinə qarşı saxta ittiham elan olunarsa, onların həbsinə imkan verməyəcək...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588

Oxşar yazılar