İsrail Ankaraya son sözünü dedi
Türkiyə yanğınsöndürmə təyyarələrinin İsraildə meşə yanğınlarını söndürmək üçün göndərilməsi ilə Təl-Əvivlə Ankara arasında başlayan danışıqlar iflasa uğrayıb. Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, İsrail baş naziri Binyamin Netenyahu deyib ki, “Mavi Mərmərə” gəmisində ölən türklərin ailələrinə təzminat ödənilməsi və İsrailin Türkiyədən üzr istəməsi müzakirə mövzusu deyil.
Qeyd edək ki, bu ilin may ayında Qəzza sektoruna humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə İsrailin hücumu və 9 türkün öldürülməsindən sonra iki ölkə arasında münasibətlər gərginləşib. Yanğınsöndürmə təyyarələrinin göndərilməsindən sonra İsrailin baş naziri Binyamin Netenyahunun xüsusi təmsilçisi və Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Cenevrədə danışıqlar aparıblar.
Binyamin Netenyahu bildirib ki, Ankara və Təl-Əviv arasında problemin diplomatik yolla həlli istiqamətində danışıqlar aparılır, bu müzakirələrdə əsas məqsədlərdən biri israilli əsgərlər haqqında məhkəmə prosesinin başlamasının qarşısını almaqdır: “Bizim “Mavi Mərmərə” gəmisi ilə bağlı olayda pis niyyətlə hərəkət etmədiyimizi, qanuni müdafiə hüququndan istifadə etdiyimizi qəbul etmələri gərəkdir”.
Bu arada İsrail parlamenti də Türkiyədən üzr istənilməsi və təzminat məsələsini müzakirə etməyə hazırlaşır. Likud Partiyasının parlament qrupunun rəhbəri Dani Danon bəyan edib ki, hökumətdən təzminat ödənilməsi niyyətinin olmadığı barədə cavab alacaqlarına əmindirlər.

Oxşar yazılar

Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49