İsrail Türkiyə ilə münasibətləri düzəltmək üçün hərəkətə keçdi
Lent.az-ın “Haaretz” qəzetinə istinadən verdiyi məlumata görə, İsraildə meşə yanğınlarına qarşı mübarizə aparmaq məqsədilə Türkiyənin 2 yanğınsöndürmə təyyarəsini bu ölkəyə göndərməsi münasibətlərdə yeni dönəmin başlanğıcını qoyub.
İsrailin baş naziri Binyamin Netenyahu türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng açaraq, təşəkkür edib. Bu gün isə məlum olub ki, Binyamin Netenyahu İsrailin BMT-dəki xüsusi səfiri Yosef Ciechanoveri Türkiyə Xarici İşlər Nazirinin müşaviri Firudin Sinirlioğlu ilə görüşmək üçün Cenevrəyə göndərib. Binyamin Netenyahu Təl-Əviv-Anakara münasibətlərindəki böhranı aradan qaldırmaq üçün bir anlaşma layihəsi hazırlanmasını tapşırıb.
Bu arada Rəcəb Tayyib Ərdoğan bir daha bildirib ki, münasibətlərin yoluna qoyulması üçün İsrailin 9 türkün ölümünə görə üzr istəməsi və onların ailələrinə təzminat ödəməsi şərt olaraq qalır. “Haaretz” qəzeti yazıb ki, İsrailin 9 türkün ölümünə görə üzr istəyərək təzminat ödəməsi faciə olmaz və Binyamin Netenyahunun davranışları da onun Ankara ilə münasibətləri düzəltməkdə qərarlı olduğunu göstərir.

Oxşar yazılar

"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38