Bir ölkənin parlamentini sel apardı
12 noyabr 2010 13:18 (UTC +04:00)

Bir ölkənin parlamentini sel apardı

Güclü leysan yağışlar Şri-Lankanın paytaxtı Kolomboda subasmaya yol açıb. Lent.az-ın “Times of İndia” qəzetinə istinadən verdiyi məlumata görə, bu, 1992-ci ildən bəri ölkədə müşahidə olunan ən böyük təbii fəlakətdir.


İrriqasiya və su təsərrüfatının inkişafı naziri Nimal Siripal de Silva deyib ki, güclü yağışlar səbəbindən Kolomboda 1000-dən çox ev, o cümlədən ölkə parlamentinin binası su altında qalıb. Yollar dağılıb, məktəblər və müəssisələr bağlanıb. Təbii fəlakətdən 300 min insan zərər çəkib. Artıq 1 nəfərin ölməsi barədə məlumat təsdiqini tapıb. Yağışların yaxın vaxtda dayanacağı gözlənilmir və bu səbəbdən qurbanların sayının artacağı proqnozlaşdırılır.


Hökumət sel sularından əziyyət çəkən insanlar üçün 12 müvəqqəti çadır şəhərciyi yaradıb. Xilasetmə işləri aparılır. Nimal Siripal de Silva bildirib ki, subasmanın əsas səbəbi həm də paytaxtdakı bataqlığın qurudulmasıdır. Əvvəllər bu bataqlıq yağış sularını udub. Ancaq indi bataqlığın qurudularaq yerində yaşayış binaları tikilməsi vəziyyəti qəlizləşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar