Rusiyanı silkələyən “casus olayı”nın sirri açıldı
Jurnalistlər bu yaxında ABŞ-da saxlanaraq sonradan Moskvaya ekstradisiya olunan rus kəşfiyyatçılarını kimin satdığını aşkarlayıb. Bu hadisə həm Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX), həm də hakimiyyətin digər eşelonlarında ciddi kadr dəyişikliklərinə səbəb ola bilər.
Jurnala informasiya ötürən XKX əməkdaşının dediyinə görə, casus məsələsindən sonra “amerikalılar evlərində rahat oturublar, həm də yeni rütbə əldə etdilər. Biz isə daxili araşdırmalardan başımız açılmır”. Mənbənin dediyinə görə, siyahını amerikalılara, XKX-nin qeyri-leqallarla iş şöbəsinin rəisi, polkovnik Şerbakov ötürüb. Bu olaydan sonra RF-nin bütün güc strukturlarında çaxnaşma düşüb, “bu hadisəyə görə çoxları başından və poqonundan məhrum olacaq”.
Rusiyanın yuxarı hakimiyyət eşelonlarında son zamanlar XKX-nin Federal Təhlükəsizlik Xidmətindən ayrılması çox ciddi tənqid edilir. Təşkilatların yenidən birləşməsi ideyasını isə Təhlükəsizlik Şurası sədri Nikolay Patruşev ciddi cəhdlə müdafiə edir. Həmçinin prezident administrasiyası rəhbəri Sergey Narışkinin XTX-nin başına gətiriləcəyi barədə də söz-söhbət dolaşır.
Maraqlı budur ki, Şerbakovun qızının uzun müddət ABŞ-da yaşaması heç kəsin diqqətini cəlb etməyib. Belə mühüm vəzifə tutan insanların yaxın qohum-əqrəbasının kimliyi də ciddi araşdırma predmeti olur. Məsələn, Təhlükəsizlik Şurası üzvlərindən biri qızının əcnəbiyə ərə getməsindən sonra vəzifəsini itirdi.
Digər bir fakt ondan ibarətdir ki, casus qalmaqalı ortaya çıxmazdan 1 il əvvəl Şerbakova yeni vəzifə təklif edilib, lakin o, imtina edib. Ola bilər ki, polkovnik yalan detektorundan keçməmək üçün yeni vəzifə təklifini rədd edib. Digər tərəfdən, onun narkotik vasitələrlə mübarizə idarəsində işləyən oğlu sərbəst surətdə ABŞ-a getsə də, heç kimdə şübhə doğurmayıb.
“Satqın polkovnik özü isə Medvedyevin ABŞ-a səfərindən 3 gün əvvəl Rusiyadan qaçıb. Bundan sonra ABŞ şübhələri azaltmaq üçün bizim qeyri-leqallarımızı həbs etdi. Lakin Vaşinqton özü də pis vəziyyətdə idi. Heç kim Medvedyevin ölkəyə birinci səfəri ərəfəsində münasibətlərə xələl gətirmək istəmirdi” - deyə, mənbə əlavə edib.
Mənbənin dediyinə görə, Şerbakovun rus kəşfiyyatına vurduğu ziyanı heç nə ilə ölçmək mümkün deyil. Bu adam Sovet İttifaqı Qəhrəmanı, 65 yaşlı kəşfiyyatçı Mixail Vasenkovu da “satıb”. Fotoqraf Xuan Lazaro adı ilə tanınan bu kəşfiyyatçı bütün Latın Amerikasını gəzib-dolaşıb, məşhur siyasətçilər və iş adamları ilə təmasda olub. Onun arvadı Viki Pelazez isə ispandilli “”El Diario” qəzetinin əməkdaşı olub. Lazaronun tanışları arasında hətta Demokratlar Partiyasının rəhbərləri də olub. İfşa olunana yaxın ona general rütbəsi də verilib.
“Bu peşəkar hətta ABŞ prezidentinin bir neçə illik səfər qrafiklərini əldə edib. Bu satqınlıq olmasa, ABŞ-da heç zaman onu tanımayacaqdılar. Şerbakov onun dosyesini ABŞ-a şəxsən aparıb. Onun həbsindən sonra isə kameraya gələrək, təslim olmağı təklif edib. İstintaq zamanı onun ayağını və 3 qabırğasını qırsalar da, ABŞ kəşfiyyatı heç bir məlumat ala bilməyib. Rusiyaya qayıtdıqdan sonra isə o, bir daha ölkəni tərk etməyib. Onun bu davranışını başa düşmək asandır” - deyə, mənbə əlavə edib.
Mənbə polkovnikin bu davranışının kökündə nə dayandığını deməyə tərəddüd edib.
Lakin mənbə satqın polkovnikin həyatının heç də asan olmayacağını bildirir: “Sizi əmin edirəm ki artıq Merkader onun arxasınca gedib. O, hər gününü qorxu və təlaş içində keçirəcək” - deyə, mənbə sözünə yekun vurub.
Qeyd edək Merkader sovet lideri Lev Trotskini qətlə yetirən şəxsdir. 1960-cı illərdə Oleq Penkovskinin Avropadakı sovet kəşfiyyatçılarının siyahısını xaricə ötürməsi də KQB-ni çox pis vəziyyətə salmışdı.
P.S.: Məşhur sovet tərcüməçisi, polkovnik Minyar Beloruçyev “Kak stat perevodçikom” kitabında sovet kəşfiyyatı ilə bağlı müəyyən nüanslara aydınlıq gətirib.
Vüqar

614