Ərəb ətirləri son illərdə getdikcə daha çox populyarlıq qazanır. Onlar zəngin, çoxqatlı qoxu kompozisiyaları, uzunmüddətli qalıcılığı və münasib qiyməti ilə bahalı lüks brendlərə uğurlu alternativ hesab olunur. Üstəlik, müasir ərəb parfümeriyası artıq yalnız ağır şərq qoxuları ilə məhdudlaşmır. İsti yay günləri üçün yüngül sitrus, çiçək, meyvə və akvatik notlara malik seçimlər də kifayət qədərdir.
Lent.az bu 5 ətri təqdim edir:
Lattafa Maahir Legacy
Lattafa brendinin yay üçün ən uğurlu ətirlərindən biri hesab olunur. Ətir ilk anda təravətli sitrus meyvələri və nanə notları ilə açılır, daha sonra yaşıl və odunsu çalarlarla davam edir. Yüngül və zərif qoxusu sayəsində gündəlik istifadə üçün uyğundur.
Əsas notlar: laym, nanə, qreyfrut, lavanda, rozmarin, qara istiot, ardıc, vetiver, kəhrəba.
Afnan Turathi Electric
Müasir sitrus-odunsu kompozisiyaya malik bu ətir isti havalarda belə ağır təsir bağışlamır. Eyni zamanda yüksək qalıcılığı və nəzərəçarpan qoxu izi ilə seçilir.
Əsas notlar: berqamot, qreypfrut, sitrus meyvələri, ədviyyatlar, müşk, kəhraba, sidr ağacı.
Armaf Odyssey Limoni Fresh
Limon qoxusunu sevənlər üçün ideal seçimdir. Soyuq yay limonadını xatırladan bu ətir yaşıl və müşk notları ilə tamamlanır. Həm iş mühiti, həm istirahət, həm də gündəlik istifadə üçün uyğundur.
Əsas notlar: limon, berqamot, mandarin, zəncəfil, müşk, kəhraba, odunsu notlar.
Lattafa Pride Art of Arabia I
Şərq mənşəli olmasına baxmayaraq, yay mövsümü üçün uğurlu seçim sayılır. Sulu sitrus meyvələri, yaşıl çay və odunsu notların harmoniyası bu ətirə zərif və bahalı təsir bağışlayır.
Əsas notlar: berqamot, sitrus meyvələri, yaşıl çay, zəncəfil, səndəl ağacı, müşk, kəhraba
Asdaaf Ameerat Al Arab
Ən məşhur büdcə dostu qadın ərəb ətirlərindən biridir. Çiçəkli və meyvəli kompozisiyaya malik olan bu ətir yüngül, zərif və qadınsı qoxusu ilə seçilir. İsti havalarda xüsusilə gözəl açılır və həddindən artıq şirin təsir bağışlamır.
Əsas notlar: sitrus meyvələri, berqamot, yasəmən, ağ çiçəklər, aloe vera, müşk, odunsu notlar, ud.
Bu ətirlərin hamısı təravətli qoxusu, uzunmüddətli qalıcılığı və münasib qiyməti sayəsində hər il yay mövsümü üçün tövsiyə olunan büdcə dostu ərəb parfümləri siyahısında yer alır.