Qış üçün uyğun olmayan   ayaqqabılar – Həkimlər açıqladı 
03 noyabr 2023 17:26 (UTC +04:00)

Qış üçün uyğun olmayan ayaqqabılar – Həkimlər açıqladı 

Həkimlər qışa uyğun olmayan ayaqqabıları açıqlayıblar. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, həkimlər ilk növbədə qışda “loafers”, idman və qaçış ayaqqabılarını geyinməməyi məsləhət görüb. 

Çünki bu modellərdə çox nazik altlıqlar var. Bu da ətrafların əsas hissələrinin donmasına səbəb olur. Qaçış ayaqqabıları torla örtülüb və bu, içəriyə nəmin daxil olma riskini artırır. 

Həkimlər soyuq mövsümdə köhnəlmiş ayaqqabı və hündürdaban çəkmələri də geyinməməyə çağırıb. Çünki bu da buzlu səthlə təmasda olan zaman qeyri-sabitdir. 

"Çəkinin qeyri-bərabər paylanması və səthin qeyri-kafi dartma qabiliyyəti sürüşmələrə, yıxılmalara, ayaq biləklərinin burxulmasına və ya digər ciddi xəsarətlərə səbəb ola bilər", - mütəxəssis bildirib. 

Soyuq fəsillərdə xəz materiallı tərlikləri yenisi ilə əvəz etmək lazımdır. Çünki insanlar adətən onları corabsız geyinirlər. Mütəxəssislərin fikrincə, bu səbəbdən onlarda çoxlu sayda ölü dəri hüceyrələri, tər, bakteriya və göbələklər toplanır.


 

# 6231
avatar

Sevinc Fərid

Oxşar yazılar