Niyə hələ də  təksiniz?   Heç düşünmədiyiniz  SƏBƏBLƏR
19 mart 2025 19:20 (UTC +04:00)

Niyə hələ də təksiniz? Heç düşünmədiyiniz SƏBƏBLƏR

Siz ağıllı, maraqlı və cəlbedicisiniz, amma münasibətləriniz bir mövsümdən sonra bağlanan seriala bənzəyir. Səbəbi xarici görünüşdə, məşğul həyat tərzində və ya “toksik” partnyorlarda görsəniz də, əsl səbəblər şüuraltınızın "kor zonalarında" gizlənə bilər.

Lent.az bu mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir:

1. Xoşbəxt olmaqdan qorxursunuz

Bu absurd səslənə bilər, amma bəzi insanlar münasibətləri şüuraltı şəkildə sabotaj edirlər, çünki dəyişikliklərə hazır deyillər. Məsələn, uzun müddət tək olduqdan sonra müstəqilliyə öyrəşirsiniz və kiminsə istəklərini nəzərə almaq fikri sizə stress verir. Beləliklə, siz öz zonanızda qalmaq üçün uyğun olmayan insanları seçirsiniz.

2. Siz partnyor deyil, filmdən bir obraz axtarırsınız

Sosial şəbəkələr və romantik komediyalar “ideal münasibət” obrazı yaradır – burada partnyor fikirlərinizi oxuyur və bütün problemlərinizi həll edir. Gerçəklikdə isə sevgi kompromislər və qarşılıqlı əməkdaşlıq tələb edir. Əgər kimsə hər həftə gül almır və ya sevdiyiniz rəngi unudursa, bu, real həyatdan qaçıb nağıl axtardığınızı göstərə bilər.

3. Çox tez “dost” olursunuz

Siz daim dəstək verirsiniz, məsləhət verirsiniz, iş problemlərini dinləyirsiniz, amma nəticədə o sizi cazibədar biri kimi yox, sadəcə dost kimi görməyə başlayır. Romantika sirr və maraqla yaşayır. Daim “psixoloq-xilaskar” olmayın – qoy, bəzən o sizin nə düşündüyünüzü özü anlamağa çalışsın.

4. Özünüzdəki "qırmızı bayraqları" görməzliyə vurursunuz

Partnyordan mükəmməllik tələb edərkən, siz öz hədlərinizi pozduğunuzu görməyə bilərsiniz:

Onun telefonuna baxırsınız;

Hər dost görüşündən sonra "sorğu-sual" edirsiniz. Bəzən tək qalmaq məsuliyyətdən qaçış ola bilər, çünki bu zaman öz toxik davranışlarınızla üzləşmək məcburiyyətində qalmırsınız.

5. Siz zəif olmağı bacarmırsınız

Müstəqillik böyük gücdür, amma kişilər (hətta müasir düşüncəli olanlar da) özlərini lazımlı hiss etmək istəyirlər. Əgər siz hər şeyi özünüz edirsiniz və köməyi qürurla rədd edirsinizsə, onlar münasibətə sərmayə qoymaq üçün motivasiyasını itirə bilər.

Məsələn, sadəcə deyin: “Mən tək getməkdən həqiqətən qorxuram, məni müşayiət edərsən?” və münasibətinizin necə dəyişdiyini görün.

Unutmayın, təklik həmişə problem deyil, amma özünüzə doğru baxmaq və dəyişmək həmişə faydalıdır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar