"Bezos məni hər gün ruhlandırır" -  Sevgilisi
29 yanvar 2023 17:29 (UTC +04:00)

"Bezos məni hər gün ruhlandırır" - Sevgilisi

 “Amazon”un rəhbəri Ceff Bezosun sevgilisi Lauren Sançez, "Mən Ceffdən hər gün yeni bir şey öyrənirəm" deyib. "Onunla yaşamaq, hər zaman ustad dərsləri keçmək kimi qeyri-adi ruhlandırıcıdır."

Lent.az xarici mediaya istinadla xəbər verir ki, dünyanın ən zəngin insanlarından biri, “Amazon” və kosmik turizm şirkəti “Blue Origin”in sahibi, ABŞ milyarderi, 59 yaşlı Ceff Bezos eşq həyatı ilə diqqət çəkir.

Bezos və 53 yaşlı teleaparıcı Lauren Sançez başqaları ilə evli olarkən bir-birlərinə aşiq olublar və 2019-cu ildə münasibətləri üzə çıxanda boşanıblar. Sançes Bezosla yaşamağa başladıqdan sonra ilk müsahibəsini “The Wall Street Journal”ın əlavəsinə verib.

 “Sir saxlamağı öyrətdi”

Bezosla yaşamağın bəzi mənfi cəhətləri olduğunu söyləyən Sançes deyib: “Məsələn, sirr saxlamaq məsələsi. Mən çox açıq insanam. Mən də bütün sirlərimi açmağı xoşlayıram. Amma mən sirr saxlamağı Ceffdən öyrəndim. O qədər ki, Bezos mənə “Instagram”da hər şeyi paylaşmamağı öyrətdi. İndi nəzarətdə yaşayıram”.

Milyarderin tanıdığı ən sevgi dolu insan olduğunu da qeyd edən Sançez bildirib: “Ceff məni hər gün ruhlandırır, məni hər gün daha yaxşı insan edir. O, həm də hazırcavab və evcil bir insandır. O, hər bazar günü səhər ocağın başına gedir və səhər yeməyimizə qəhvəaltı hazırlayır”. 

Sançes Bezosla əvvəlki evliliklərindən olan 7 uşaqları ilə tez-tez bir araya gəldiyini də vurğulayıb.

 "İş dünyasında ən böyük dəstəyim"

“Emm” mükafatlı teleaparıcı və helikopter pilotu Lauren Sançez bu yaxınlarda Bezos Academy, Bezos Earth Fund və Bezosun aviasiya şirkəti “Blue Origin” üçün filmlər istehsal edən Adventure & Fellowship adlı öz istehsal şirkətini qurub.

İş dünyasındakı uğurunu Bezosun təlimlərinə borclu olduğunu xatırladan Sançez deyib: “Ceflə yaşamaq hər gün ustad dərsi keçmək qədər ruhlandırıcıdır. Həqiqətən də mənə çox şey öyrədən mövzu idarəetmə sahəsi idi. Mühüm tövsiyələrdən biri budur ki, işgüzar görüşlər bir saatdan çox çəkməməlidir və mən dinləyici olmağım gərəklidir”.

 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2916
avatar

Oxşar yazılar