Naxçıvanın yeni baş naziri Cabbar Musayev kimdir?  - DOSYE
09 fevral 2026 13:43 (UTC +04:00)

Naxçıvanın yeni baş naziri Cabbar Musayev kimdir? - DOSYE

1

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının yeni baş naziri təyin olunub.

Lent.az yeni baş nazir Cabbar Musayevin qısa bioqrafiyasını təqdim edir:

- Cabbar Musayev kimdir?

- Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikasının Baş naziridir. O, dövlət idarəçiliyi və iqtisadiyyat sahəsində uzunillik təcrübəyə malikdir.

- Cabbar Musayev nə vaxt və harada anadan olub?

- Cabbar Musayev 1981-ci il yanvarın 10-da Naxçıvan şəhərində anadan olub.

- Cabbar Musayev harada təhsil alıb?

- Cabbar Musayev ali təhsilini Ankara şəhərində alıb. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.

- Cabbar Musayevin əmək fəaliyyəti barədə nə məlumdur?

- Cabbar Musayev 2004–2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb. 2013- 2016-cı illərdə Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-də direktor müavini vəzifəsini icra edib. 2016-2024-cü illərdə Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il noyabrın 4-dəki sərəncamı ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

- Cabbar Musayev Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə nə zaman gətirilib?

- Cabbar Musayev 2026-cı ilin fevralın 9-da Naxçıvan MR Ali Məclisinin qərarı ilə Cabbar Musayev Naxçıvan Muxtar Respublikasının baş naziri təyin olunub.

- Cabbar Musayev hansı dövlət qulluğu dərəcəsinə malikdir?

- Cabbar Musayev dövlət qulluğunun müşaviridir.

- Cabbar Musayev dövlət tərəfindən hansı mükafata layiq görülüb?

- Cabbar Musayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

- Cabbar Musayevin ailə vəziyyəti necədir?

 - Cabbar Musayev evlidir, iki övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 454

Oxşar yazılar