225
12:00
13 May 2009

Ərdoğanın Azərbaycana səfəri başlayıb

Heydər Əliyev adına Hava Limanında R.T.Ərdoğanı Azərbaycan baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Bu gün Türkiyə baş nazirinin görüşlərə başlayacağı bildirilir. Bundan başqa, onun Milli Məclisdə çıxışı da nəzərdə tutulub.

R.T.Ərdoğanı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, enerji naziri Tanər Yıldız, sənaye naziri Zəfər Çağlayan, rabitə naziri Binəli Yıldırım, mədəniyyət və turizm naziri Ərtoğrul Günay müşayiət edir.