"Peyğəmbərimiz indi yaşasaydı, belə geyinərdi" - Aktyordan şok AÇIQLAMA
04 may 2024 19:29 (UTC +04:00)

"Peyğəmbərimiz indi yaşasaydı, belə geyinərdi" - Aktyordan şok AÇIQLAMA

Gənclik illərində “Yeşilçam”da oynadığı aktyorluq və Lambada rəqsi ilə məşhurlaşan türkiyəli aktyor Yaşar Alptekin ibadət etməyə başladıqdan sonra gözdən uzaq həyat yaşayır. Alptekin məsciddə moizə oxuyarkən çəkilən görüntüləri sosial media hesabında paylaşaraq trend mövzusuna çevrilib.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, Yaşar Alptekin bir müddət əvvəl Jess Molho və Demet Akalın verilişində qonaq olarkən diqqət çəkən açıqlamalar verib.

O, “Hacı belə geyinməz” deyərək onu tənqid edənlərə cavab olaraq, “İnanıram ki, Peyğəmbərimiz (s.ə.s) bu dövrdə yaşasaydı, bu dövrlə ayaqlaşardı. Bəlkə də mənim geyimim kimi parlaq olmazdı, amma bu dövrə uyğun geyinərdi” deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4314
avatar

Oxşar yazılar