Bu ölkədə məmurların  gey, lezbiyan olub-olmadığı   yoxlanılacaq
03 may 2024 00:31 (UTC +04:00)

Bu ölkədə məmurların gey, lezbiyan olub-olmadığı yoxlanılacaq

Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn məmurları vəzifəyə təyin etməzdən əvvəl onların cinsi oriyentasiyasının yoxlanılmasının vacibliyini bəyan edib. 

Lent.az bildirir ki, o, Rusiya mətbuatına müsahibəsində belə bir yoxlamanı əsaslandırılmış adlandırıb.

Xinşteyn belə bir intim yoxlamanın necə keçiriləcəyini açıqlamayıb. Bununla belə, o qeyd edib ki, uşaq və gənclərin tərbiyəsinə cavabdeh olan qurumlar və səlahiyyətli orqanlar lezbiyan, gey, biseksual və transgender icmasından olan insanlar üçün “qadağan olunmuş zonalar” olmalıdır.

Deputat “ənənəvi ailə dəyərlərinin qorunmasının” vacibliyini bildirib və bunu edənlərə xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edib. O, təhsil mühitində “qeyri-ənənəvi cinsi dəyərlər”lə bağlı narahatlıqlarını da dilə gətirib.

Xinşteyn ilk dəfə deyil ki, bu mövzuda mübahisələrə səbəb olur. Əvvəllər o, sosial şəbəkələrdəki fotoşəkillərə əsaslanaraq Samara əyalət Dumasının vitse-spikerini homoseksuallıqda şübhəli bilib, həmçinin Samara vilayətinin gənclər siyasəti nazirini eynicinsli münasibətdə ittiham edib.

Müxalifət isə bu cür təşəbbüsləri ayrı-seçkilik və insan hüquqlarını pozan hesab edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5553
avatar

Oxşar yazılar