2023-cü ildə Abşeronun Novxanı kəndindəki bağ evində qətlə yetirilən plastik cərrah Türkan Gündüzün qızı Həlimə atalığından şikayətçidir.
Lent.az xəbər verir ki, Həlimə bu barədə video paylaşıb.
O bildirib ki, qətli törədən və hazırda həbsdə olan atalığı Muhammet Gündüz onu narahat edir. Atalığı anasından qalan mülkləri almağa çalışır.
“Üç ildir bilmirəm anamın acısını yaşayım, yoxsa məktəbimi oxuyum. Anamın istədiyi kimi məktəbimi oxuyub qurtarmağa çalışıram. Azərbaycanda xeyirxah bir həkim olmağa çalışıram. Çünki bunlar imkan vermir, kirayə verdiyim evə girirlər, vəkil vasitəsilə kirayənişinlərimi narahat edirlər. Mən haradan pul qazanmalıyam? İki yerdən qazancım var: Türkiyədən və Azərbaycandan. Ancaq bunlar imkan vermirlər. "Həliməyə və Sibelə necə zərər verə bilərəm?" deyən ata ilə mübarizə aparıram.
Anamı öldürüb mənə dağ çəkməsi yetmirmiş kimi, ondan qalan mirasları öz qızının adından ələ keçirmək istəyir. Halbuki anamı elə balaca bacımın gözləri qarşısında öldürmüşdü, o hər şeyi görmüşdü, aylarla danışa bilmirdi qorxusundan. İndi də anamdan qalan əmlakdan aldığımız pulu bizə çox görür”.
Həlimə anası ilə atalığının evlilik dövründə əldə edilmiş əmlaklarının bölündüyünü, bunun ədalətsiz olduğunu da deyib:
Qeyd edək ki, Türkan Gündüz ixtisaslı plastik cərrah olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, son iş yeri Bakıda “City Hospital” klinikası olub.
Muhammet Gündüzün isə biznes fəaliyyəti ilə məşğul olduğu, onların hadisədən 14 il əvvəl ailə həyatı qurduğu bildirilib.
Qeyd edək ki, Muhammet Gündüz törətdiyi cinayətə görə 17 il həbsə məhkum edilib.