Gördü müğənnilikdə pul yoxdur, zərgərliyə qayıtdı
28 sentyabr 2026 09:46 (UTC +04:00)

Gördü müğənnilikdə pul yoxdur, zərgərliyə qayıtdı

0

Türkiyəli müğənni Rober Hatemo musiqi fəaliyyətini dayandıraraq ailəsinin ənənəvi peşəsi olan zərgərliyə qayıtmaq qərarına gəlib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, sənətçi Kiprdəki konsertindən əvvəl jurnalistlərə açıqlamasında daha bir mahnı və klip təqdim etdikdən sonra yeni musiqi layihələri hazırlamayacağını bildirib. Bununla belə, o, müəyyən tədbirlərdə səhnəyə çıxmağa davam edəcəyini deyib.

Rober Hatemo ailəsinin İstanbulun məşhur Qapalıçarşısında zərgərlik mağazasının olduğunu, hazırda həmin işi qardaşı və əmisi oğlunun davam etdirdiyini söyləyib. Müğənni bundan sonra piştaxta arxasına keçərək ata-baba sənəti ilə məşğul olacağını açıqlayıb. Sənətçi artıq özünün hazırladığı üzük markasını rəsmiləşdirmək üçün də işlərə başlayıb.

Hatemo musiqi sektorunun əvvəlki ruhunu itirdiyini, süni intellektlə hazırlanan mahnılarda isə duyğunun olmadığını vurğulayıb. O, belə musiqiləri ilk saniyələrdən tanıdığını və duyğusuz əsərlərin uzunömürlü olmayacağını deyib.

Müğənni ailəsinin yüksək gəlir vəd edilən fondlardan birində pul itirdiyini də açıqlayıb. Onun sözlərinə görə, anası və qardaşları xəbərdarlıqlara baxmayaraq, bütün yığımlarını həmin fonda yatıraraq zərərə düşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 104

Oxşar yazılar