İldə 300 gün  ildırım çaxır - qeyri-adi hadisə  harada yaşanır
28 sentyabr 2026 15:02 (UTC +04:00)

İldə 300 gün ildırım çaxır - qeyri-adi hadisə harada yaşanır

0

Yer kürəsində hər saniyə 100 dəfə ildırım çaxdığı barədə geniş yayılan məlumat köhnə hesablamalara əsaslanır. Müasir peyk müşahidələrinə görə, dünyada saniyədə təxminən 35-55 ildırım parıltısı qeydə alınır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ildırımların ən intensiv müşahidə olunduğu yerlərdən biri Venesueladakı Marakaybo gölüdür. Burada il ərzində təxminən 300 gün ildırımlı hava müşahidə oluna bilir.

Saniyədə 100 ildırım rəqəmi haradan yaranıb?

Məqalədə bildirilir ki, bu rəqəm 1925-ci ildə aparılan hesablamalardan qaynaqlanır. Həmin dövrdə qiymətləndirmələr əsasən ildırımlı günlərin müşahidəsinə söykənirdi.

Müasir peyklər isə ildırım parıltılarını birbaşa qeydə almağa imkan verir. Bu müşahidələrə əsasən, dünyada hər saniyə orta hesabla 35-55 parıltı yaranır. Aktivlik mövsümdən və coğrafi bölgədən asılı olaraq dəyişir.

İlin böyük hissəsində səma işıqlanır

Marakaybo gölü ətrafında ildırımların sıxlığı bəzi hesablamalara görə, ildə hər kvadratkilometrə təxminən 250 parıltıya çatır. Ərazidə il ərzində 297 günədək ildırımlı hava qeydə alındığı bildirilir.

Aktivliyin yüksək olduğu vaxtlarda dəqiqədə 28, bəzən isə 48 parıltı müşahidə oluna bilir. Bölgədəki bu məşhur təbiət hadisəsi “Katatumbo ildırımları” adlanır.

Hər ildırım yerə düşmür

Səmada görünən bütün ildırımlar Yer səthinə çatmır. Məqalədə göstərilən rəqəmlərə əsasən, onların təxminən 25 faizi buludla yer arasında baş verir. Qalanları isə buludların daxilində və ya buludlar arasında yaranır.

Buna görə də dünyada saniyədə qeydə alınan ildırım parıltılarının sayı ilə yerə düşən ildırımların sayını eyniləşdirmək düzgün deyil.

Saniyədə orta hesabla 40 parıltı götürüldükdə, bu, gündə təxminən 3,5 milyon, ildə isə 1,3 milyard ildırım parıltısı deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 64

Oxşar yazılar