Göygöldə iki maşın toqquşdu, xəsarət alanlar var
28 sentyabr 2026 01:43 (UTC +04:00)

Göygöldə iki maşın toqquşdu, xəsarət alanlar var

0

 

Göygöldə iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Göygöl şəhərinin mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-21015” markalı minik avtomobili digər “VAZ” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 1998-ci il təvəllüdlü Ə.Məmmədov və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.



Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 70

Oxşar yazılar