Alimlər qədim kitabları oxumaq üçün öz papiruslarını  yandırdılar
28 sentyabr 2026 04:25 (UTC +04:00)

Alimlər qədim kitabları oxumaq üçün öz papiruslarını yandırdılar

0

 

ABŞ alimləri Vezuvi vulkanının püskürməsi zamanı kömürləşmiş təxminən 2000 illik mətnləri oxumağın yeni üsulunu sınaqdan keçiriblər.

Lent.az xəbər verir ki, bu barədə ScienceDaily Kaliforniya Universitetinə istinadən məlumat yayıb.

Tədqiqatçılar qədim şəraiti təqlid etmək üçün müasir papirus üzərində müxtəlif mürəkkəblərlə yazılar yazaraq onları oksigensiz şəraitdə yandırıblar.

Məlum olub ki, mürəkkəbdə çox az miqdarda qurğuşunun olması belə rentgen görüntülərində hərflərin papirusdan daha aydın seçilməsinə imkan verir. Metod Herkulanumda tapılmış və fiziki olaraq açılması mümkün olmayan qədim yunan və Roma mətnlərinin oxunmasına kömək edə bilər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 90

Oxşar yazılar