
İspaniyada pandemiyaya görə 550-dən çox otel satışa çıxarıldı

İspaniyanın mehmanxana biznesi COVID-19 pandemiyasının əmələ gətirdiyi böhranla əlaqədar ağır dövrünü yaşayır.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, koronavirusla əlaqədar sərhədlərin bağlanması və turistlərin olmaması İspaniya otellərinin iflasına səbəb olub. Bir çoxları bu aktivlərdən yaxa qurtarmaq qərarına gəlib. Nəticədə oktyabrın sonuna İspaniyada 557 otel satışa çıxarılıb. Bu, epidemiyanın başlandığı mart ayına nisbətən 19 faiz çoxdur.
Əndəlüs və Kataloniyada daha çox sayda – müvafiq olaraq, 114 və 101 otel satışa çıxarılıb.
Nəyin bahasına olsa da, mehmanxana biznesindən ayrılmamağı qərara alanlar turistlər olmadan bunun öhdəsindən necə gəlmək barədə fikirləşirlər. İspaniyada son vaxtlar yeni tendensiya əmələ gəlib: otellər öz məkanlarını məsafədən işləyən ofislər üçün bina qismində təklif edirlər.

Oxşar yazılar

SOS: 20 ildən sonra meşələrin yarısı karbon ifraz etməyə başlayacaq
19 yanvar 2021 , 19:52Sudanda qan su yerinə axdı: 129 ölü, 198 yaralı
19 yanvar 2021 , 07:14
Çexiyanın XİN rəhbəri koronavirusa yoluxdu
18 yanvar 2021 , 20:28
Koronavirusun qorxusundan üç ay hava limanında yaşadı
18 yanvar 2021 , 19:38
Navalnı barəsində həbs qərarı verildi
18 yanvar 2021 , 18:05
Aleksey Navalnı Moskvada saxlanıldı
17 yanvar 2021 , 22:32
Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydləri hara gedib? - ÜSTÜ AÇILDI
17 yanvar 2021 , 19:01
Türkiyədə Rusiya gəmisi batdı
17 yanvar 2021 , 14:41