Düşmənin vurduğu ziyanın qiymətləndirilməsinə BMT-nin ixtisaslaşmış qurumları da dəvət olunacaq - RƏSMİ
13 noyabr 2020 18:45 (UTC +04:00)

Düşmənin vurduğu ziyanın qiymətləndirilməsinə BMT-nin ixtisaslaşmış qurumları da dəvət olunacaq - RƏSMİ

“BMT-nin sənədlərinə əsasən, məktəb və uşaq bağçalarına ziyan vurulması yolverilməz sayılır. Aidiyyəti beynəlxalq təşkilatlar da dəvət edilərək, məktəblərə dəyən ziyan qiymətləndiriləcək”.

APA-nın məlumatına görə, bunu bu gün 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasına həsr olunmuş brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyevin sözlərinə görə, prosesin gedişində BMT-nin aidiyyəti, ixtisaslaşmış qurumları da ziyanın qiymətləndirilməsinə dəvət olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1152

Oxşar yazılar