Mourinyo "Real"ın məğlubiyyətinin günahını hakimlərdə gördü
05 sentyabr 2026 12:40 (UTC +04:00)

Mourinyo "Real"ın məğlubiyyətinin günahını hakimlərdə gördü

0

“Real”ın baş məşqçisi Joze Mourinyo La Liqanın 2026/2027 mövsümünün 4-cü turunda komandasının “Betis”ə 0:1 hesabı ilə məğlub olduğu oyundakı hakimlərdən danışıb. 

Lent.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Alejandro Ernandes olub.

“Mənə sarı vərəqəni nəyə görə göstərdiyini bilmirəm, amma bunu qəbul edirəm. Ehtiyat oyunçular skamyasından qalxdım, çünki “Betis”in futbolçusu, deyəsən, düz qarşımızda yerə yıxıldı. Amma bunu dəqiq deyə bilmərəm. Skamyada ekrandan təkrar epizodlara baxan xeyli narazı insan gördüm. Düşünürəm ki, hakim oyunun öz tempində davam etməsinə imkan verirdi. Birinci hissədə sarı vərəqələri necə göstərməsi xoşuma gəldi, “Betis” fasiləyə heç bir sarı vərəqə almadan yollandı.

Amma demək olmaz ki, nəticəni bir sarı vərəqə müəyyənləşdirdi. Ola bilsin, sabah oyuna yenidən baxdıqdan sonra fikrim dəyişsin. Ancaq bu gün ehtiyat oyunçular skamyasından gördüklərimə əsasən, məğlubiyyətimizin səbəbini başa düşmürəm. Komanda çox yaxşı təsir bağışladı və heç kimə fərdi iradım yoxdur. Amma qələbəyə layiq olmaq xal qazandırmır. Heç-heçəyə oynayan və sonda bəxti gətirən “Betis”i təbrik edirəm”.

La Liqada keçirilən dörd turdan sonra “Betis” 9 xal toplayaraq üçüncü pillədə qərarlaşıb. Joze Mourinyonun komandası da 9 xal qazanıb, lakin əlavə göstəricilərə görə ikinci yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 164

Oxşar yazılar