89
14:38
13 Noyabr 2020

Korrupsiyaya etiraz edən kişi özünü yandırdı – Misirdə

Qahirənin Təhrir meydanında korrupsiyaya və pis həyat tərzinə etiraz edən kişi özünü yandırıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, onu yaxınlıqdan keçənlər və polislər xilas ediblər.

Məlumata görə, kişi dövlət məmurları ilə əlaqəli korrupsiyanı ifşa etdiyi üçün bankdakı işindən qovulduğunu deyib. “Facebook”da həyatının məhv olduğunu və çörək qazana bilməyəcəyini bildirib.

Sonra üzərinə yanar maye tökərək od vurub.

Kişi özünü yandırsa da təhlükəsizlik işçiləri onu yerə yıxaraq yanğını söndürüblər.

Dİgər xəbərlər