479
13:03
09 Noyabr 2020

Bütün ölkə bu fotodan danışır: "Bir dəfə də mən onun yükünü çəkim dedim"- EKSKLÜZİV

“4 ildə bütün yüküm onun çiynində olub. Mən də onu son mənzilə yola salanda girdim tabutun altına. Onu çiynimdə apardım. Bircə dəfə də mən onun yükünü çəkim dedim...”Firuzə Cəfərova deyir bu sözləri. Şəhid xanımı Firuzə Cəfərova. O Firuzə ki, indi bütün ölkə onun fotosundan danşır. Həyat yoldaşının tabutu altında mətnlə, qürurla dayanan Azərbaycan qadını...

29 yaşlı şəhid Röyal Cəfərovdan geriyə indi iki övladı qalıb: 3 yaşlı qızı və üç aylıq oğlu.

Firuzə xanım deyir ki, yaxşı ata, qayğıkeş həyat yoldaşı idi Röyal:

“Mənə həm ata, həm də ana olub. Röyal mənim hər şeyim idi. Ondan danışanda sözlər aciz qalır. Vətənpərvər idi. Çox yaxşı insan idi. Vətən sağ olsun”.

Bir il öncə vətənə xidmətə yollanan Röyal 7 noyabrda şəhidlik zirvəsinə ucalıb. Şəhadəti mübarək olsun deyir Firuzə xanım:

“Borcunu yerinə yetirdi. Hər şey vətən üçün. Çox sevirdi vətənini. Uğrunda ölmək də qisməti oldu. Qubadlıya bayrağı öz əlləri ilə asdı. Laçın dəhlizində də şəhid oldu”.

Dİgər xəbərlər