“Gürcüstan bankı” bir sutkada iki dəfə qarət edildi
22 oktyabr 2020 14:11 (UTC +04:00)

“Gürcüstan bankı” bir sutkada iki dəfə qarət edildi

“Gürcüstan bankı” bu gün yenidən qarət olunub.

APA-nın yerli bürosunun Gürcüstanın “İctimai” telekanalına istinadən verdiyi xəbərə görə, bankın Kabuleti ərazisindəki inkassatoru qarət edilib.

İlkin məlumata görə, avtomobildən 75 min lari (39 720 manat) götürülüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Qeyd edək ki, “Gürcüstan bankı”nın Zuqdidi filialına ötən gün həyata keçirilən silahlı basqın zamanı 43 nəfər girov götürülüb. Girovların sərbəst buraxılması müqabilində 500 min dollar tələb edən cinayətkar axşam saatlarında bankdan uzaqlaşıb. Onun axtarışları davam etdirilir. Hadisə zamanı xəsarət alan olmayıb.

# 901
avatar

Oxşar yazılar