Bakıda daş hasar uçub, iki nəfər ağır xəsarət alıb
14 oktyabr 2020 23:40 (UTC +04:00)

Bakıda daş hasar uçub, iki nəfər ağır xəsarət alıb

0

Bakının Xəzər rayonunda bədbəxt hadisə zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

Baba Əliyev küçəsi 15 ünvanında daş hasar uçub. Uçqun zamanı 1994-cü il təvəllüdlü  Mikayılov Niyaz Əlövsət oğlu və İsmayılov Tofiq Süliddin oğlu daş hasarın altında qalıb.

Ağır xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, hər iki şəxsin vəziyyəti ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 827

Oxşar yazılar