15:42
13 Oktyabr 2020

Türkiyədə saxta içkidən ölənlərin sayı artır

Türkiyənin İzmir, Qırıqqala, Mərsin, Muğla, Aydın, İstanbul, Trabzon və Qarabüg bölgələrində ötən cümə günündən bu yana saxta içkidən zəhərlənmə şübhəsiylə ölənlərin sayı 44-ə çatıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30-dan çox insan isə saxta içki zəhərlənməsi ilə xəstəxanalarda müalicə alır.

Bəs zəhərlənmələr necə baş verir?

İzmir Katip Çələbi Universiteti Anesteziologiya və Reanimasiya Fakültəsinin üzvü Murat Aksun zəhərlənmənin necə baş verdiyinə aydınlıq gətirib: “Metanol qəbulundan sonra bədəndə formaldehid və daha sonra formik turşu meydana gəlir. Xüsusilə bu formik turşu zəhərlənmə hadisəsini təşkil edən maddədir, çox zəhərli bir maddə olan formaldehidlə birlikdə görmə itkisi və korluq kimi problemlərə səbəb olur".

Dİgər xəbərlər