11:30
13 Oktyabr 2020

Koronavirus qış aylarında daha çox yayılacaq - SƏBƏBİ

Mütəxəssislər koronavirusun, yoluxuculuq baxımından, qış aylarında daha təhlükəli olacağını deyir.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərinin Reading Universitetinin Virologiya professoru Lan Jones açıqlamasında qrip kimi digər tənəffüs yolu xəstəliklərinin yay aylarında daha az yayıldığını söyləyib.

Professor bunun səbəblərini də açıqlayıb: “Qış aylarında daha çox yayılmasının səbəbi xəstəliyin nəfəsdə olan su damlaları ilə yayılmasıdır. Bu damlalar isti və quru havada, günəş şüaları çox olan vaxtlarda daha tez quruyur. Qış aylarında isə nəfəsdən çıxan damlaların quruması gecikir ki, bu da virusun daha çox və geniş yayılmasına səbəb olur”.

Mütəxəssislər, koronavirusun soyuq iqlimlərdə daha yaxşı inkişaf etdiyini və daha böyük ziyanlar vurduğunu açıqlayır. İngiltərə də daxil olmaqla 8 Avropa ölkəsində koronavirusdan xəstəxanada yatan 7 min insanın nəticələrinə görə, temperaturda qeydə alınan hər bir dərəcə artım, ölüm göstəricisinin 15 faiz düşməsini təmin edir.

Dİgər xəbərlər