Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, hadisə “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.
Sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Rusiya Federasiyası istiqamətində 2 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı 32 yaşlı Makhlouf Houari və 30 yaşlı Brahim Houari dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.