17:18
27 Sentyabr 2020

Azərbaycanın Rus İcması Ermənistanın növbəti təxribatı ilə bağlı bəyanat yaydı

Azərbaycanın Rus İcması təmas xəttində Ermənistanın növbəti təxribatı ilə bağlı bəyanat yayıb.

İcmadan APA -ya daxil olan bəyanatda bildirilir ki, sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat həyata keçirib, bütün cəbhə xətti boyu Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və artilleriya qurğularından atəşə tutub.

Bəyanatda qeyd olunub ki, Azərbaycandakı rus icması Ermənistan rəhbərliyinin münaqişənin eskalasiyasına və suveren Azərbaycanın dövlətinin yeni ərazilərini ələ keçirməyə cəhd göstərməyə yönəlmiş təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyir.

Vurğulanıb ki, Azərbaycanda yaşayan ruslar təmas xəttindəki vəziyyətlə əlaqədar, habelə bütövlükdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmə prosesi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mövqeyini və fəaliyyətini dəstəkləyirlər.

Bildirilib ki, Azərbaycanda yaşayan ruslar 90-cı illərin əvvəlində olduğu kimi, hər zaman Azərbaycan xalqı ilə çiyin-çiyinə vətənin müdafiəsinə hazırdırlar.

Dİgər xəbərlər