Çay evində karantini pozanlar cərimələndi
25 sentyabr 2020 12:26 (UTC +04:00)

Çay evində karantini pozanlar cərimələndi

Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşları Bakıxanov qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan ictimai-iaşə obyekti aşkar edib.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, L.Məmmədbəyli küçəsində yerləşən “041 Lounge” çay evinin qapalı otaqlarında “playstation” oyunları oynanılaraq xüsusi karantin rejimi qaydalarının pozulması müəyyən olunub.

Obyektin sahibi və orada olan 4 müştəri polis bölməsinə dəvət olunublar. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokollar tərtib edilib.

Sahibkarlıq obyektinin sahibi və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.

# 958
avatar

Mehman Nəbiyev

Oxşar yazılar