Avtomobil piyadaya ağır xəsarət yetirdi - FOTO
19 sentyabr 2020 13:42 (UTC +04:00)

Avtomobil piyadaya ağır xəsarət yetirdi - FOTO

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran-Boradigah yolunun Veravul kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Separadi kənd sakini, 1987-ci il təvəllüdlü Hünər Ərəstun oğlu Rzayev idarə etdiyi 42-BR-872 dövlət qeydiyyat nişanlı "VAZ-2104" markalı avtomobil ilə Veravul kənd sakini, 1930-cu il təvəllüdlü Fərman Feyzi oğlu Qurbanovu vurub.

Çoxsaylı sınıq xəsarətləri alan piyadanı sürücü özü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

# 1579
avatar

Oxşar yazılar