Daha iki narkotacir tutuldu  - FOTO
10 sentyabr 2020 15:41 (UTC +04:00)

Daha iki narkotacir tutuldu - FOTO

Qazax rayon Polis Şöbəsinin əməkdaşları narkotik maddə saxlamaqda şübhəli bilinən rayon sakini Rüfət Rəsulovu saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman 0.092 qram kustar üsulla hazırlanmış, narkotik maddə hesab edilən “metamfetamin” aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni həmyerlisi, əvvəllər məhkum olunmuş Şükür Məmmədovdan aldığını bildirib.

Davam etdirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Şükür Məmmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib və orada onun üzərinə baxış keçirilən zaman ona məxsus siqaret qutusunun içindən 0.313 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.

Bundan başqa, istintaq tədbirləri zamanı Ş. Məmmədovun avqustun 29-u səhər saatlarında Qazax rayonundan Bakı şəhərinə gedərkən Göygöl rayonu ərazisində yerləşən yanacaq doldurma məntəqələrindən birinə daxil olaraq oradan 300 manat dəyərində mobil telefon və 500 manat nəğd pul oğurlaması da məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1911

Oxşar yazılar